İran Xəzərdə hərbi təlimə başladı

4 İyul 2017 13:12 (UTC+04:00)

AzNews.az “Report”a istinadən xəbər verir ki, bunu Şimal Donanmasının və İran Hərbi Dəniz Qüvvələri 4-cü zonasının komandanı Əhmədrza Baqiri bildirib.

“Birinci mərhələ cari ilin mart ayında keçirilib. Təlimin beşinci və sonuncu mərhələsi 2017-ci ilin avqustunda keçiriləcək və Xəzərdə 88 min kv. metr ərazini əhatə edəcək”, - deyə Əhmədrza Baqiri vurğulayıb.

Onun sözlərinə görə, təlim zamanı yeni hərbi qurğu və silahlar, o cümlədən “Sahil-dəniz” tipindən olan raket-kosmik sistemindən istifadə planlaşdırılır.

AzNews.az