"ASAN viza" gömrük-keçid məntəqələrində də tətbiq ediləcək

4 İyul 2017 13:46 (UTC+04:00)

AzNews.az Trend-ə istinadən xəbər verir ki, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev İranın vitse-prezidenti, Mədəni İrs Əl İşləri Sənayesi və Turizm Təşkilatının sədri Zəhra Əhmədipur ilə görüşündə deyib.

Nazir diqqətə çatdırıb ki, iki qonşu və dost ölkə arasındakı əlaqələr yüksələn xətlə inkişaf edir. Hər iki ölkənin prezidenti münasibətlərin yüksək səviyyəyə çatdırılması üçün çox işlər görüblər. Bu istiqamətdə Azərbaycan Respublikası prezidentinin tapşırığı ilə "ASAN viza" sistemi tətbiq edilməyə başlanıb ki, bu da iranlı turistlərin Azərbaycana səfərlərini asanlaşdırıb. Artıq İranın istənilən şəhərindən Azərbaycana səfər etmək istəyən şəxsin Tehrana gəlib konsulluğa müraciət etməsinə ehtiyacı qalmayıb. Hər bir kəs internet vasitəsi ilə viza almaq imkanına malikdir.