Əməkdar artist sabah dəfn olunacaq- Xırdalanda

4 İyul 2017 14:36 (UTC+04:00)

Bu barədə AzNews.az-a mərhumun ailəsindən məlumat verilib. Aktyorla vida mərasimi Biləcəridə, yaşadığı evində keçiriləcək.

Aktyor Xırdalan qəbiristanlığında dəfn olunacaq.

Əməkdar artist, Akademik Milli Dram Teatrının aktyoru Telman Əliyev səhər saatlarında qəflətən dünyasını dəyişib. Həkimlər mərhumun ölümünü ürək çatışmazlığı ilə əlaqələndirib.

Bahar RÜSTƏMLİ

AzNews.az