Türkiyə Almaniyaya nota göndərdi - Bu plakata görə (Foto)

4 İyul 2017 20:37 (UTC+04:00)

AzNews.az türk mətbuatına istinadən xəbər verir ki, buna səbəb iyulun 3-də "Siyasi Gözəllik Mərkəzi" təşkilatının Berlində Almaniya hökumətinin binası qarşısında bir avtomobilin önündə açdığı plakat olub.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Rusiya prezidenti Vladimir Putin və Səudiyyə Ərəbistanının kralı Salmanın şəkillərinin olduğu plakatda belə yazılıb : “Bu avtomobilin sahibi olmaq istəyirsən? O zaman diktaturanı öldür”.

Türkiyənin Berlindəki səfirliyi təcili Almaniya Xarici İşlər Nazirliyinə etiraz notası göndərib.