“Ermənistanın törətdiyi təxribat insan hüquqlarının pozulmasıdır” - ATƏT PA-nın vitse-prezidenti

5 İyul 2017 15:09 (UTC+04:00)

AzNews.az “Trend”ə istinadən xəbər verir ki, bunu ATƏT Parlament Assambleyasının vitse-prezidenti Azay Quliyev ATƏT PA-nın Minskdə keçirilən illik sessiyası zamanı deyib.

O bildirib ki, ATƏT-in Minsk qrupu bu hadisəni pisləməli və gələcəkdə bu cür hadisələrin və uşaqların öldürülməsinin qarşısını almalıdır:

“ATƏT PA bu məsələ ilə bağlı susmamalıdır. Biz konkret addımlar atmalı və buna son qoymalıyıq”.

Qeyd edək ki, iyulun 4-də axşam saatlarında erməni silahlı birləşmələri Füzuli rayonunun Alıxanlı kəndini minaatanlardan atəşə tutub. Təxribat nəticəsində Alxanlı kənd sakinləri - 1966-cı il təvəllüdlü Allahverdiyeva Sahibə İdris qızı və onun nəvəsi 2016-cı il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olub, 1965-ci il təvəllüdlü Quliyeva Səlminaz İltifat qızı isə ağır yaralanıb.

AzNews.az