Elmar Məmmədyarov Türkmənistan səfirini qəbul edib

5 İyul 2017 15:35 (UTC+04:00)

AzNews.az XİN-in mətbuat xidmətinə istinadən xəbər verir ki, görüşdə səfir Mekan İşanquliyev etimadnaməsinin surətini nazir Elmar Məmmədyarova təqdim edib.

M. İşanquliyev ölkəsinin bütün sahələrdə Azərbaycanla əməkdaşlığı inkişaf etdirməkdə maraqlı olduğunu deyərək, diplomatik fəaliyyəti müddətində ikitərəfli əlaqələrin inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib.

E. Məmmədyarov səfirə diplomatik fəaliyyətində uğurlar uğurlar arzulayıb.

AzNews.az