2 yaşlı Zəhranın yaxın qohumu - “Anası xəstəxanadan gələndə gördü ki, qızının meyiti...”

5 İyul 2017 16:46 (UTC+04:00)

Bunu AzNews.az-a açıqlamasından Elnur Quliyevin yaxın qohumu İlham Quliyev bildirib.

Onun sözlərinə görə, Sərvinaz Quliyeva axşam xəstəxanadan evə qayıdanda 2 yaşlı Zəhranın meyiti ilə qarşılaşıb:

“Anası Zəhranın ölümündən xəbərdardır. Axşam onu xəstəxanadan çıxardıb evə gətirdilər. Sərvinaz Quliyeva evə gələndə gördü ki, Zəhra həyatda yoxdur, meyiti ortadadır.”

İlham Quliyev qeyd edib ki, Zəhra Quliyeva ailənin tək övladıdır: “Onlar 2015-ci ilə ailə qurublar.”

İyulun 4-də saat 20:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulub. Ermənistan tərəfinin bu təxribatı nəticəsində kənd sakinləri 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olublar. Atəş nəticəsində qəlpə yarası alan 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz ağır yaralanaraq xəstəxanaya yerləşdirilib.

Bahar RÜSTƏMLİ

AzNews.az