Qənirə Paşayeva Beynəlxalq Forumda Ermənistanın qətlə yetirdiyi balaca Zəhradan danışdı - Foto

5 İyul 2017 19:02 (UTC+04:00)

AzNews.az xəbər verir ki, millət vəkili görüşdə işğalçı Ermənistanın qətlə yetirdiyi 2 yaşlı Zəhra Quliyeva və Ermənistanın cinayətlərindən danışıb.

Q. Paşayeva bildirib ki, bütün dünya ictimaiyyəti etnik və dini kimliyindən asılı olmayaraq, bu cinayətlərə etiraz səslərini qaldırmalı, beynəlxalq ictimaiyyət Ermənistanın vandalizm aktlarına səssiz qalmamalıdır.

Millət vəkili eyni zamanda Ermənistanın işğalçılığı nəticəsində doğma torpaqlarında yaşaya bilməyən bir milyon azərbaycanlı qaçqın və məcburi köçkün, Ermənistanın yerinə yetirməkdən imtina etdiyi beynəlxalq təşkilatların qətnamələri barədə geniş məlumat verib.