"Azərbaycandakı dini konfessiyaların nümayəndələri erməni vandallığını pisləyir" - Mübariz Qurbanlı

5 İyul 2017 20:05 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bu barədə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı məsələyə münasibət bildirərkən deyib.

M.Qurbanlı bildirib ki, bu məsələ ilə əlaqədar dini icmalardan Dövlət Komitəsinə müraciətlər daxil olmaqda davam edir. Müraciətlərdə vurğulanır ki, dinc əhaliyə qarşı silah işlədilməsi erməni vandalizminin 25 ildən artıqdır həyata keçirdiyi hərbi təcavüz, etnik təmizləmə və terror aktlarının davamı, Ermənistan dövlətinin başında duranların qeyri-insani xüsusiyyətinin göstəricisidir.

Atəşkəs elan edilməsinə rəğmən mülki əhalinin, demək olar ki, hər gün atəşə tutulması, qətlə yetirilməsi, ölüm təhlükəsi altında yaşamağa məcbur qoyulması beynəlxalq müstəvidə erməni aqressorlarına qarşı münasibəti kökündən dəyişməyin, “pisləmək”, “baş verənlərdən narahatlıq keçirmək” kimi vaxt uzatmağa hesablanmış açıqlamalardan qətiyyətli addımlar atmaq mərhələsinə keçməyin vaxtının çoxdan çatdığını bir daha sübuta yetirir.

Azərbaycanda fəaliyyət göstərən bütün dini konfessiyaların nümayəndələri mülki şəxsləri hədəf seçən bu vandallığı pisləyir və beynəlxalq təşkilatları, o cümlədən BMT-ni, ATƏT-in Minsk qrupunu, dünya liderlərini bu cinayəti törədənlərin tezliklə cəzalandırılması istiqamətində səylərini birləşdirməyə çağırır.