“Təpiyi ilişdirdi başıma” - nəvəsi tərəfindən ölümcül döyülən 89 yaşlı yaşlı qadın (Video)

5 İyul 2017 20:17 (UTC+04:00)

AzNews.az ARB-yə istinadən xəbər verir ki, 89 yaşlı Kinəbacı Əsədullayevanın evinə daxil olan şəxs ona yatdığı yerdə bir neçə zərbə endirib. Qadının qışqırığının səsinə oyanan oğlu hadisə yerinə gələndə həmin şəxs qaçıb.

Kinəbacı Əsədullayeva (zərərçəkən) : "Deyirəm ki, ay bala, sən kimsən?! 2-3 dəfə bunu demişdim ki, təpiyi ilişdirdi başıma. 4 dəfə vurdu məni".

Qan içində olan qadın dərhal xəstəxanaya çatdırılıb. Başında və qolunda xəsarətlər olan qadına dərhal lazımı tədbirlər görülüb. Qohumları hadisəni qadının nəvəsi Azər Məmmədovun törətdiyini iddia edirlər. Hadisə ilə bağlı polisə məlumat verilib. Hələki saxlanılan yoxdur.

Faktla bağlı araşdırma aparılır.