“Mülki əhalinin qəsdən atəşə tutulması mənfur hərəkətdir” - Bob Bləkman

5 İyul 2017 20:24 (UTC+04:00)

AzNews.az xəbər verir ki, İyulun 4-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Füzuli rayonun Alxanlı kəndinin mülki əhalisinin atəşə tutması nəticəsində Quliyeva Sahibə və onun iki yaşlı nəvəsi Quliyeva Zəhranın həlak olması barədə Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) sorğusuna münasibət bildirən Böyük Britaniya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri, millət vəkili Bob Bləkman bu barədə bəyan edib.