Bakıda 400-ə yaxın piyada keçidi normalara uyğun qurulmayıb - Video

5 İyul 2017 21:13 (UTC+04:00)

AzNews.az Xezerxeber-ə istinadən xəbər verir ki, agentliyin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mais Ağayev deyir ki, bəzi yerli qurumlar özbaşına piyada keçidləri çəkib. Halbuki, Bakı şəhərində yol nişanlama və xətləmə işləri agentliyin və Dövlət Yol Polisinin razılığı ilə həyata keçirilməlidir.

İşıqforla tənzimlənən 274 yol kəsişməsində nizamlanmayan piyada keçidi nişanlanma xətti çəkilib. 12 məntəqədə zolaq olsa da, yol nişanı quraşdırılmayıb.

Agentlik piyada keçidləri ilə bağlı bu kimi ciddi nöqsanların aradan qaldırılması istiqamətində konkret addımların atılmasına başlayıb. Piyada və sürücülər də düzgün olmayan nişanlanma halları ilə bağlı 141 çağrı mərkəzinə məlumat verə bilərlər.