"Dünya ictimaiyyəti günahsız insanların qətlinə göz yummamalıdır" - İlham Əliyev

5 İyul 2017 21:53 (UTC+04:00)

AzNews.az xəbər verir ki, prezidenti İlham Əliyev bu barədə rəsmi "Twitter" səhifəsində yazıb.

Xatırladaq ki, ötən gün erməni silahlı birləşmələri Füzuli rayonunun Alıxanlı kəndini atəşə tutub. Nəticədə, 1966-cı il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun nəvəsi 2016-cı il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olub, 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı isə ağır yaralanıb.

Dünya ictimaiyyəti günahsız insanların qətlinə göz yummamalıdır pic.twitter.com/9lDjOm9vJi

— İlham Əliyev (@azpresident) July 5, 2017