“Azərbaycan erməni işğalına, günahsız insanların qətlə yetirilməsinə qarşıdır” - Mehriban Əliyeva

6 İyul 2017 09:52 (UTC+04:00)

AzNews.az “Trend”ə istinadən xəbər verir ki, bunu Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyeva "Twitter" səhifəsində yazıb.

Xatırladaq ki, iyulun 4-də axşam saatlarında erməni silahlı birləşmələri Füzuli rayonunun Alıxanlı kəndini minaatanlardan atəşə tutub. Təxribat nəticəsində Alxanlı kənd sakinləri - 1966-cı il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun nəvəsi 2016-cı il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olub, 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı isə ağır yaralanıb.

AzNews.az