Millimiz FİFA reytinqində geriləyib

6 İyul 2017 13:24 (UTC+04:00)

AzNews.az “APA”ya istinadən xəbər verir ki, siyahıda bir sıra dəyişikliklər olub.

Buna səbəb son 35 gündə DÇ-2018-in seçmə mərhələsində, Konfederasiyalar kubokunda keçirilən matçlar, həmçinin yoxlama görüşlərinin nəticələridi. Azərbaycan millisi yeni cədvəldə 80-ci yerdə qərarlaşıb. Yığmamızın hesabında 427 xal var. Ötən ay 439 xalla planetin 76-cısı olan Robert Prosineçkinin yetirmələri 12 xal itirib. Buna Şimali İrlandiya ilə Bakıdakı seçmə oyunundakı 0:1 hesabı ilə məğlubiyyət səbəb olub. Nəticədə komandamız 4 pillə geriləyib. 5 komanda - Yamayka, Qətər, Çin, Trinidad və Tobaqo, Belarus yığmaları komandamızı arxada qoyub. Ötən ay millimizi qabaqlayan Keniya isə bizdən geri düşüb.

Millimiz və “qonşular”ı

76 (79). Yamayka – 442

77 (82). Çin – 441

78 (77). Trinidad və Tobaqo - 436

79 (88). Qətər – 435

80 (76). Azərbaycan – 427

81 (104). Mavritaniya - 425

82 (77). Suriya - 423

83 (113). Syerra-Leone - 415

84 (74). Keniya - 408

Dünyanın ən güclü 10 komandasının mövqeyində ciddi dəyişikliklər baş verib. Braziliya və Argentinanı arxada qoyan Almaniya 1-ci sıraya qalxıb. Portuqaliya 4-cü, İsveçrə 5-ci, Polşa 6-cı yerədək irəliləyib. Çili, Kolumbiya, Fransa və Belçika geriləyibsə, İspaniya “10-luğ”u tərk edib.

İlk “onluq”

1 (3). Almaniya – 1609

2 (1). Braziliya – 1603

3 (2). Argentina – 1413

4 (8). Portuqaliya – 1332

5 (9). İsveçrə - 1329

6 (10). Polşa - 1319

7 (4). Çili – 1250

8 (5). Kolumbiya – 1208

9 (6). Fransa – 1199

10 (7). Belçika – 1194

Millimizin DÇ-2018-in seçmə mərhələsindəki rəqiblərinin Şimali İrlandiya 6, Çexiya 4, Almaniya 2 pillə irəliləyib. Norveç yenə 1 addım geriləyibsə, San Marino yerində qalıb.

DÇ-2018-in seçmə mərhələsi, Avropa zonası üzrə C qrupu

1 (3). Almaniya – 1609

22 (28). Şimali İrlandiya - 897

40 (44). Çexiya - 690

88 (87). Norveç - 391

204 (204). San-Marino – 12

Qeyd edək ki, qonşu Türkiyə yığması 8 pillə geriləyərək, 33-cü yerdə qərarlaşıb. “Ay-ulduzlular”ın hesabında 779 xal var.

AzNews.az