Magistraturaya qəbul olunan bakalavrların nəzərinə!

6 İyul 2017 19:03 (UTC+04:00)

AzNews.az DİM-in mətbuat xidmətinə istinadən xəbər verir ki, qeydiyyat Nazirlər Kabinetinin qərarına əsasən kredit sistemi ilə tədrisin təşkilində yeni qaydaların tətbiq olunması ilə əlaqədar ali təhsil müəssisələrinin müraciəti əsasında uzadılıb. Belə ki, bakalavrlar iyulun 14-dək (şənbə və bazar günləri istisna olmaqla) tələb olunan sənədləri təqdim etməklə qəbul olunduqları ali təhsil müəssisələrində qeydiyyatdan keçməlidirlər. Onlar qeydiyyatdan keçmək üçün müvafiq sənədlər barədə məlumatı qəbul olunduqları təhsil müəssisələrindən əldə edə bilərlər.

Həmin müddətdə sənədlərini təqdim etməyən və qeydiyyatdan keçməyən bakalavrlar qəbul olunanlar siyahısından ediləcəklər.