Sabah Bakının bu ərazisində qaz olmayacaq

6 İyul 2017 19:35 (UTC+04:00)

AzNews.az “Azəriqaz” İstehsalat Birliyinə istinadən xəbər verir ki, iyulun 7-də saat 10:00-dan işlər başa çatanadək “Qaz İxrac” İdarəsinin balansında olan “Qum-adası-Qazanlar QPS” magistral qaz kəmərlərinin 11-ci kilometrində yeni çəkilmiş kəmərin mövcud şəbəkəyə birləşdirilməsi və cari təmir işləri ilə əlaqədar “Əhmədli” Qazpaylayıcı stansiyasından qaz təchizatı dayandırılacaq.

Təmir müddətində Xətai rayonunun bir hissəsinə təbii qazın verilişində məhdudiyyət yaranacaq.

“Azəriqaz” İB yaranmış məhdudiyyətlə bağlı bütün istehlakçılardan, təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət olunmasını xahiş edir”, - deyə məlumatda vurğulanıb.