Avropa Parlamenti Ermənistanın Alxanlıdakı son təxribatı ilə bağlı bəyanat yaydı

6 İyul 2017 20:17 (UTC+04:00)

AzNews.az Trend-ə istinadən xəbər verir ki, Avropa Parlamentinin təmsilçiləri bu həftə Ermənistan və Azərbaycan arasında baş verən güc tətbiqindən narahat olduqlarını bildiriblər.

Bəyanat müəllifləri münaqişə tərəflərini hərbi əməliyyatları dərhal dayandırmağa çağırıblar.

Xatırladaq ki, iyulun 4-də axşam saatlarında erməni silahlı birləşmələri Füzuli rayonunun Alxanlı kəndini minaatanlardan atəşə tutub. Təxribat nəticəsində Alxanlı kənd sakinləri - 1966-cı il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun nəvəsi 2016-cı il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olub, 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı isə ağır yaralanıb.