“Zirə” və "İnter" Avroliqanın ikinci mərhələsinə adladı

6 İyul 2017 23:56 (UTC+04:00)

AzNews.az Qol.az-a istinadən xəbər verir ki, Bakı “İnter”i öz meydanında “Mladost”la qarşılaşıb. Matç təmsilçimizin 2:0 hesablı qələbəsi ilə başa çatıb. İlk oyunda da 3:0 hesablı qələbə qazanan "İnter" növbəti mərhələyə vəsiqə qazanıb.

Zaur Svanadzenin komandası Avroliqanın ikinci təsnifat mərhələsində Lüksemburqun "Fola" klubu ilə qarşılaşacaq.

Tarixində ilk dəfə Avropa kuboklarına qatılan “Zirə” də uğurlu nəticəyə imza atıb. Mübarizəyə Avroliqadan başlayan Bakı klubu ilk mərhələdə Lüksemburqda “Differdanj” komandasını mübarəzədən kənarlaşdırıb. Gənc mütəxəssis Ayxan Abbasovun rəhbərlik etdiyi komanda Bakıda 2:0 hesabı ilə qalib gəldiyi rəqibini bu gün səfərdəki matçda da məğlub edib – 2:1.

Qeyd edək ki, ikinci mərhələnin oyunları iyulun 11-12-si (ilk matçlar) və iyulun 18-19-da (cavab matçlar) keçiriləcək.