Brent markalı neft 1%-dən çox ucuzlaşıb

7 İyul 2017 09:22 (UTC+04:00)

AzNews.az “APA”ya istinadən xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,54 dollar və ya 1,19% azalaraq 44,98 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,57 dollar və ya 1,18% azalaraq 47,54 dollar olub.

AzNews.az