"Azercell" bəzi tarif paketlərinə dəyişiklik etdi

7 İyul 2017 09:44 (UTC+04:00)

AzNews.az “APA”ya istinadən xəbər verir ki, "Biznes 20", "Biznes 16", "Biznes 10" paketləri çərçivəsində təqdim edilən internet həcmi bitdikdən sonra istifadə dövründən sonunadək hər əlavə 1 MB internet trafikə görə 0,025 manat (ƏDV daxil) xidmət haqqı tətbiq ediləcək.

Abunəçilər göstərilən dəyişikliklər, o cümlədən “Azercell Telekom” MMC tərəfindən təqdim edilən xidmətlər, tariflər və keçirilən kampaniyalar barədə ətraflı məlumatları Müştəri Xidmətlərinə (MX ofisləri həftənin 7 günü 24 saat ərzində fəaliyyət göstərən Telefon Mərkəzi) müraciət etməklə əldə etmək imkanına malikdirlər.

AzNews.az