Nahid Eminoğlu saxlanılıb - Saxta bilet satışında ittiham olunur

7 İyul 2017 12:02 (UTC+04:00)

AzNews.az xəbər verir ki, O, türk müğənnisi Rafet El Romanın və Damlanın iyun ayında keçiriləcək konsertləri üçün saxta bilet satışı etməkdə günahlandırılır.

Nahid Eminoğlu hazırda Daxili işlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən dindirildiyi deyilir.

Müğənni Damla AzNews.az-a açıqlamasında bildirib ki, o, Nahid Eminoğlundan heç bir hüquq-mühafizə orqanlarına şikayət etməyib.

“Heç bir saxta bilet satılmayıb. Yayılan məlumatlar əsassızdır. Konsertlə bağlı bütün təşkilatı işlər Nahid Eminoğluna məxsusdur. Biz Türkiyədə olanda Nahid zəng vurub konsertin keçiriləcəyi məkanın dəyişəcəyini dedi. Təbii ki, biz razılaşmadıq. Sonra biz gedib konsertin keçirləcəyi məkanın sahibləri ilə görüşdük, məsələ həll olundu, vəssalam.”

Məlumatı Criminal.az yayıb.

Bahar RÜSTƏMLİ

AzNews.az