"İslam Oyunları və Formula 1 yarışları zamanı təhlükəsizlik yüksək səviyyədə təmin edilib" - Ramil Usubov

7 İyul 2017 19:16 (UTC+04:00)

AzNews.az DİN-nin mətbuat xidmətinə istinadən xəbər verir ki, iclası giriş sözü ilə açan daxili işlər naziri, general-polkovnik Ramil Usubov cari ilin birinci yarısında respublikada cinayətkarlığa qarşı mübarizədə əvvəlki dövrlərdə əldə olunmuş müsbət nəticələrin inkişaf etdiyini, vətəndaşların qanuni mənafelərinin, hüquq və azadlıqlarının etibarlı qorunduğunu, kriminogen durumun nəzarətdə saxlanıldığını, IV İslam Həmrəyliyi Oyunları və "Formula 1 Azərbaycan Qran PRİ" yarışları kimi möhtəşəm beynəlxalq tədbirlər zamanı ictimai asayişin və təhlükəsizliyin yüksək səviyyədə təmin edildiyini diqqətə çatdıraraq şəxsi heyətin Azərbaycan Respublikasına xidmətlərinin möhtərəm Prezident tərəfindən növbəti dəfə yüksək qiymətləndirildiyini, 55 əməkdaşın dövlət təltifinə, 4 rəhbər vəzifəli şəxsin ali xüsusi rütbəyə layiq görüldüyünü xatırladaraq bu ali diqqətə görə ölkə başçısına dərin minnətdarlığını bildirib. O da qeyd edilib ki, xidmətdə fərqlənən 643 əməkdaş və 63 hərbi qulluqçu DİN rəhbərliyi tərəfindən mükafatlandırılıb.