“ABŞ Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinə sadiqdir” - Robert Sekuta

7 İyul 2017 21:22 (UTC+04:00)

AzNews.az Apa-ya istinadən xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta deyib.

O bildirib ki bu yaxınlarda baş verən dəhşətli hadisə göstərdi ki, münaqişənin həlli üçün dinc, danışıqlar yolu ilə irəliləmək vacibdir: “Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli yoxdur. Münaqişə tərəfləri bir araya gələrək münaqişənin danışıqlar və sülh yolu ilə nizamlanmasına nail olmalıdır. İstər ayrı-ayrı verilən bəyanatlarda, istərsə də ABŞ prezidentinin Azərbaycan prezidentinə məktubunda göstərilir ki, münaqişənin hərbi yolla həlli yoxdur və yalnız dinc danışıqlar yolu ilə həll olunmalıdır. Minsk qrupu həmsədrləri tərəfləri bir araya gətirib münaqişənin dinc yolla həllinə nail olmaq işinə sadiqdir. Lakin dinc yolla nizamlamaya nail olmaq məsələsi, ilk növbədə, tərəflərin özündən asılıdır".