Melani Tramp Hamburqda oteldən çıxa bilmədi - Mitinqə görə (Foto)

7 İyul 2017 23:23 (UTC+04:00)

AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki, Melani bu gün dünya liderləri ilə planlaşdırılan bir sıra görüşləri buraxmalı olub. Buna səbəb şəhərdə nümayişlərin keçirilməsidir.

Donald və Melani Trampın qaldığı Hamburq senatının qonaq evi etirazçılara görə bloklanıb. Trampın rəsmi nümayəndəsi bildirib ki, polis icazə vermədiyi üçün, onlar iqamətgahı tərk edə bilməyiblər.

Melani Tramp öz Twitter səhifəsində etiraz zamanı xəsarət alan şəxslərə görə narahatlığını ifadə edib.

"Mən Hamburqda etiraz zamanı xəsarət alanları düşünürəm. Ümid edirəm ki, hamı təhlükəsizlikdədir" - şərhini yazıb.

Son məlumatlara görə, Hamburqda kütləvi etirazların gedişatında zərər çəkənlərin sayı 159 nəfərə çatıb.