Səsi ilə məhşurlaşan çobanın qəbul imtahanının nəticələri açıqlanıb - 18 bal

8 İyul 2017 10:28 (UTC+04:00)

Bu barədə AzNews.az-a onun özü məlumat verib. Pərvin Səfərovun sözlərinə görə, Asəf Zeynallı adına Musiqi Kolleciniə daxil olmaq üçün 3 fəndən imtahan verib.

“İmtahanın nəticələri yaxşı deyil. 18 bal toplamışam. Keçən il keçid balı 25 olub. Tamam ümidsiz olmuşam, bilmirəm necə olacaq? Mənə kömək edəcəklər ya yox? Güzəşt etsələr kollecə daxil ola bilərəm. Topladığım balla bağlı konservatoriyaya məlumat verdim. Onsuz da onlar mənim hazırlıqsız olduğumu bilirlər”.

Pərvin Səfərov bundan əlavə qabiliyyət imtahanı verəcəyini vurğulayıb

“Elə istəyirəm mənə kömək etsinlər”.

Bahar RÜSTƏMLİ

AzNews.az