“Azərbaycan torpaqlarının işğalı ilə bağlı yaranmış vəziyyət artıq dözülməzdir” - Almaniyalı deputat

8 İyul 2017 18:14 (UTC+04:00)

AzNews.az xəbər verir ki, o, erməni vəhşiliyi nəticəsində Füzuli rayonunun Alxanlı kəndində Sahibə Quliyeva və onun ikiyaşlı nəvəsi Zəhra Quliyevanın qətlə yetirilməsi ilə bağlı Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) Berlin ofisi tərəfindən verilən sorğuya cavabında bu cür ifadələr işlədib:

“Bu həftə günahsız dinc sakinlər Dağlıq Qarabağ münaqişəsinin qurbanı olublar. Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz yerləşən Ermənistan silahlı qüvvələrinin iriçaplı silahlardan açdıqları atəş nəticəsində bir qadın və onun iki yaşlı nəvəsi qətlə yetirilib. Bu atəş nəticəsində ağır yaralanan digər dinc sakinlər tibb müəssisələrində intensiv müalicə olunurlar. Biz münaqişənin daha da kəskinləşməsindən ehtiyat edirik".

Deputat bildirib ki, bu münaqişənin həlli yalnız sülh yolu ilə əldə oluna bilər. Buna nail olmaq üçün ilk növbədə dinc əhalinin atəşə tutulması dayandırılmalıdır:

"Torpaqların işğalı, eləcə də qaçqın və məcburi köçkünlərlə bağlı yaranmış vəziyyət artıq dözülməzdir. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası artıq bir neçə dəfə ərazidən erməni qoşunlarının çıxarılmasını tələb edib. Cənubi Qafqazda sülhün bərqərar olması və insan tələfatının qarşısının alınması məqsədilə bu qətnamələr yerinə yetiriməlidir”.

AzNews.az