“Cahan”nın Cavad Rəcəbovun oğlu ilə nə işi ola bilər? – FOTO

13 Fevral 2013 13:08 (UTC+04:00)


Bu barədə AzNews.az-a qrupunun solisti Arzuxan Gözəlov deyib. O, bildirib ki, "Cahan" qrupu bu günə kimi bir çox mahnıları Cavid Rəcəbovla çalışıb, amma bundan sonra mütəmadi olaraq onunla birgə bütün mahnılarını hazırlayacaqlar.

Solist onu da qeyd edib ki, iş birliyi zamanı ərsəyə gələn mahnıları ilk olaraq dostlarına təqdim edəcəklər.

Qeyd edək ki, Türkiyənin bəzi məşhur müğənnilərinin ifa etdikləri mahnılarının aranjeman müəllifi Cavid Rəcəbovdur. O, Azərbaycanda da ən çox sevilən və dinlənilən mahnıların müəllifidir.

Fuad Mədətov
AzNews.az