Bakı-Sumqayıt yolunda yenilik

9 İyul 2017 10:52 (UTC+04:00)

AzNews.az Lent.az-a istinadən xəbər verir ki, Masazır körpüsündən sonra sağa yerdəyişmə üçün sürücülər üçün xüsusi zolaq təşkil edilib. Bundan sonra həmin şəhərciyə və oradakı digər yerlərə getmək istəyənlər Masazır dairəsinə enmədən körpünün üstündən keçib rahat gedə biləcəklər.

Mütəxəssislər bildirirlər ki, yenilik Masazır dairəsindəki xaosu xeyli sadələşdirəcək.

Qeyd edək ki, yoldakı yenilik sürücülərin "Azəravtoyol" ASC-yə müraciətindən sonra edilib.