Balkondan zibil atdı, avtomobilin şüşəsini sındırdı

9 İyul 2017 14:02 (UTC+04:00)

AzNews.az Lenta.az-a istinadən xəbər verir ki, Xətai rayon sakini Ramin Hacıyev polisə müraciət edərək bildirib ki, yaşadığı Mehmandarov küçəsi 92 saylı binanın qarşısında saxladığı “Mercedes” markalı minik avtomobilinin şüşəsi sındırılıb. Onun sözlərinə görə, yuxarı mərtəbədə yaşayan sakinlərdən biri məişət tullantıları ilə dolu torbanı eyvandan aşağı atıb. Avtomobilin üstünə düşən zibil torbası şüşənin qırılmasına səbəb olub.

Araşdırma aparılır.