Siyəzəndə 6 hektarlıq sahə kül oldu

9 İyul 2017 15:36 (UTC+04:00)

AzNews.az Apa-ya istinadən xəbər verir ki, hadisə rayonun Gilgilçay kəndində qeydə alınıb.

Kənd sakini özünə məxsus 6 hektar biçilmiş taxıl sahəsini yandırıb. Əraziyə Fövqəladə Hallar Nazirliyinin Siyəzən Dövlət Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. Yanğının daha geniş əraziyə keçməsinin qarşısı alınıb və söndürülüb.