Avstriya Qran Prisinin qalibi məlum oldu - Foto

9 İyul 2017 17:41 (UTC+04:00)

AzNews.az xəbər verir ki, finişə ilk çatan Valtteri Bottas oldu. Bununla Mercedes komandası bu mövsüm 5-ci qələbəsini qazandı.

İkinci Ferrari pilotu Sebastyan Fettel, üçüncü isə Red Bull pilotu Daniel Rikkardo oldu.

Avstriya Qran Prisi uğrunda enişli-yoxuşlu halqadakı yarış maraqlı məqamlarla yadda qaldı.

Yarışa ilk yerlərdə Mercedes pilotu Bottas və Ferrari pilotu Fettel başladı. Sıralanma turunda 3-cü olmasına baxmayaraq, ötürmələr qutusu dəyişdirildiyi üçün Hamilton yer itirməklə cəzalandırıldı.

Startda McLaren pilotu Fernando Alonso ilə Toro Rosso pilotu Daniil Kvyat toqquşdu. Nəticədə Alonso üçün yarış vaxtından əvvəl bitdi. Starta yaxşı başlamayan Red Bull pilotu Maks Ferstappen də Alonso və Kvyatın bolidi ilə toqquşduğundan boksa qayıtmalı oldu.

Gərgin mübarizə zəminində Haas pilotu Kevin Maqnussenin bolidinin hidravlikində problem yarandığı üçün yarışa davam edə bilmədi.

Daha sonra məlum oldu ki, Bottas falstart edib. Buna baxmayaraq heç bir cəza almadı.

Mavi bayrağa əməl etməyən McLaren pilotu Stoffel Vandorn cəzalandırıldı. O, dövrədə Kimi Raykoneni gecikdirmişdi.

Fəridə Abdullayeva

AzNews.az