Azərbaycanın xarici ticarət dövriyyəsində müsbət saldo 2 mlrd. dollara yaxınlaşır

10 İyul 2017 11:13 (UTC+04:00)

AzNews.az “APA”ya istinadən xəbər verir ki, Dövlət Gömrük Komitəsinin (DGK) məlumatına görə, cari ilin ilk yarısında ölkənin idxal əməliyyatları 3 mlrd. 409 mln. 673,65 min dollar olub ki, bu da 2016-cı ilin 6 ayı ilə müqayisədə 15,72% azdır.

Hesabat dövründə 5 mlrd. 268 mln. 749,15 min dollarlıq ixrac əməliyyatları həyata keçirilib ki, bu da 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 36,45% çoxdur.

Nəticədə 1 mlrd. 859 mln. 75,50 min dollar məbləğində müsbət saldo yaranıb.

AzNews.az