"Haqqını yeyənlər, qədrini, qiymətini bilməyənlər utansın" - Əməkdar artistin qızı atasının ölümündən danışdı

10 İyul 2017 12:00 (UTC+04:00)

AzNews.az xəbər verir ki, hətta sənətkarın qızı aktyorun ölümündə bəzi sənət adamlarını da ittiham edib.

“Sən həmişə qəlbimizdə yaşayacaqsan. Gedən gəlmir, geri dönmür... Amma yanımda oldugunu hiss edirəm. Son gününə kimi dayagım oldun atam... Bu dünyada sənsiz qaldıq. Bir yanımız boş qaldı. Kaş ki, zamanı geri ala bilsəydik. Ürəyimizi paramparça etdin... Nurlar içində yat. Haqqını yeyənlər, qədrini, qiymətini bilməyənlər utansın. Bilirəm vicdanları hec vaxt rahat olmayacaq. Əgər onlarda vicdan qalıbsa".

Akademik Milli Dram Teatrını sabiq aktyoru, əməkdar artist Telman Əliyev iyulu 4-də qəflətən dünyasını dəyişib.

Bahar RÜSTƏMLİ

AzNews.az