“Türkiyə, Gürcüstan və Azərbaycan regional əməkdaşlığın əhəmiyyətini dünyaya nümayiş etdirdi” - Binəli Yıldırım

10 İyul 2017 13:49 (UTC+04:00)

AzNews.az “APA”ya istinadən xəbər verir ki, bunu Türkiyə baş naziri Binəli Yıldırım İstanbulda keçirilən XXII Dünya Neft Konqresində çıxışı zamanı bildirib.

Baş nazir deyib ki, hazırda 3 ölkə “Cənub Qaz Dəhlizi” layihəsi çərçivəsində TANAP layihəsini həyata keçirir: “TANAP-ın gələn il istifadəyə verilməsi ilə Türkiyə hər il Azərbaycandan əlavə olaraq 6 milyard kubmetr qaz alacaq. 2020-ci ildən etibarən isə TANAP vasitəsilə Avropaya 10 milyard kubmetr qaz ixrac olunacaq. Azərbaycan qazının daha sonra “Cənub Qaz Dəhlizi”nin bir hissəsi olan TAP vasitəsi ilə Avropaya çatdırılması mümkün olacaq”.

AzNews.az