Qızdırma xəstəliyinə qarşı kütləvi dezinfeksiya tədbirləri görülür

10 İyul 2017 16:23 (UTC+04:00)

AzNews.az “APA”ya istinadən xəbər verir ki, bu barədə Bakı Şəhər Dezinfeksiya Stansiyasının kadrlar üzrə mütəxəssisi Kəmalə Cəfərova məlumat verib.

O qeyd edib ki, səhiyyə naziri Oqtay Şirəliyevin “Krım-Konqo hemorragik qızdırma xəstəliyinə qarşı profilaktik tədbirlərin gücləndirilməsi barədə” imzaladığı əmrə əsasən, Bakı şəhərində yerləşən bağçalar, xəstəxanalar və əhalinin digər kütləvi toplaşdığı ərazilərdə dezinfeksiya işləri aparılır.

Qeyd edək ki, son zamanlar Azərbaycanın həmsərhəd olduğu dövlətlərdə Krım-Konqo hemorragik qızdırma xəstəliyi ilə bağlı epidemioloji vəziyyət gərginləşib.

AzNews.az