İsveç Azərbaycanlıları Konqresi Ermənistan səfirliyinə məktub göndərib

10 İyul 2017 17:54 (UTC+04:00)

AzNews.az Diasporla İş üzrə Dövlət Komitəsinə istinadən xəbər verir ki, Ermənistan Silahlı Qüvvələrinin iyulun 4-də Füzuli rayonunun Alıxanlı kəndini atəşə tutması nəticəsində biri iki yaşlı uşaq olmaqla 2 dinc sakinin həlak olması və daha birinin yaralanması faktı məktubda geniş qeyd olunub.

Bununla yanaşı, məktubda bildirilib ki, Azərbaycanın torpaqlarını işğal etməklə kifayətlənməyən Ermənistan dövləti müxtəlif təxirbatlar törədərək beynəlxalq konvensiyaları ciddi şəkildə pozmaqda davam edir. Sonda isə İsveç Krallığının qanunverici və icraedici orqanlarından baş vermiş hadisəyə obyektiv qiymət verilməsi və rəy bildirilməsi xahiş olunub.

İsveç Azərbaycanlıları Konqresi Alxanlı kəndində törədilmiş hərbi təxribata etiraz olaraq Ermənistanın bu ölkədəki səfirliyinə də etiraz məktubu ünvanlayıb. Məktubda deyilir: “Ermənistan ordusunun Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndini atəşə tutması nəticəsində kəndin dinc sakinləri qətlə yetirilmişdir. Biz- İsveç Azərbaycanlıları Konqresi bu ölkədə yaşayan azərbaycanlılar adından günahsız dinc əhaliyə qarşı törədilən bu cinayət aktına etiramızı bildiririk”.

Sonda isə vurğulanıb ki, Ermənistan Silahlı Qüvvələrinin növbəti təxribatı vandalizm aktıdır və bu bir daha Ermənistan dövlətinin terrorçu mahiyyətini təsdiqləyir.

AzNews.az