Küveytdən Bakıya birbaşa reyslər başlayıb

10 İyul 2017 18:24 (UTC+04:00)

AzNews.az Trend-ə xəbər verir ki, bu barədə Heydər Əliyev Beynəlxalq hava limanı məlumat yayıb.

Əl-Küveyt şəhərindən Bakıya ilk reys iyulun 10-da baş tutub.

Bu reyslər həftədə iki dəfə, bazar ertəsi və cümə günləri həyata keçiriləcək.

Qeyd edək ki, “Jazeera Airways” 2004-cü ildə yaradılıb və hər il 16 istiqamət üzrə 1,25 milyon sərnişinə xidmət göstərir.