Moldovada Zəhraya görə etiraz aksiyası keçirildi - Foto

10 İyul 2017 23:36 (UTC+04:00)

AzNews.az Apa-ya istinadən xəbər verir ki, aksiyaya Moldovada yaşayan türk və qaqauz ictimai təşkilatlarının nümayəndələri də qatılıblar.

Aksiya iştirakçıları Ermənistanın işğalçı və təcavüzkar ölkə olduğunu bəyan edib, Ermənistan ordusunun vəhşiliklərini göstərən plakat və bannerləri, iyulun 4-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Fizuli rayonunun Alxanlı kəndini atəşə tutması zamanı həlak olmuş 2 yaşlı körpə Zəhra Quliyeva və onun nənəsi Sahibə Quliyevanın şəkillərini nümayiş etdirib, Ermənistan dövlətinin təcavüzkarlıq siyasətinə etiraz ifadə edən şüarlar səsləndiriblər.