Müsavat bəyanat yaydı

13 Fevral 2013 14:38 (UTC+04:00)


AzNews.az-a daxil olan bəyanatda bildirilir ki, məhkəmə icraçıları T.Abbaslının evinə icazəsiz girərək evdə olan əşyaları qeydə alıblar: "Onlar bunu T.Abbaslının yanvarın 12-də əsgər ölümlərinə etiraz olaraq gənclərin keçirmdikləri aksiyada iştirak etdiyinə görə ona tətbiq edilən cəriməni ödəməməsi ilə əlaqələndiriblər. Halbuki T.Abbaslının yaşadığı mənzil şəxsən ona məxsus deyil və onun adına hər hansı əmlak mövcud deyil".

Müsavat Partiyası Nəsimi rayon Məhkəmə qərarlarının icrası idarəsinin bu addımını hakimiyyətin öz haqları uğrunda mübarizə aparan gənclərə təzyiqlərinin tərkib hissəsi kimi qiymətləndirir və buna son qoyulmasını tələb edir.

AzNews.az