İş otağında ölən məmur xərçəng xəstəsi imiş - Açıqlama

11 İyul 2017 13:31 (UTC+04:00)

Bunu AzNews.az-a 43 saylı Mənzil İstismar İdarəsindən bildiriblər.

İdarədən verilən məlumata görə, Yusif Əhmədov uzun zamandır ki, xərçəng xəstəliyindən əziyyət çəkirmiş.

“Yusif Əhmədov xəstə idi. Həkimlər ona xərçəng diaqnozu qoymuşdular. Ayın 8-də səhər vaxtlarında işə gəlib, qəfildən halı pisləşib və dünyasını dəyişib”.

Yasamalın sabiq icra başçısı İbrahim Mehdiyevin yaxın adamlarından biri, 43 saylı Mənzil İstismar İdarəsinin rəisi Yusif Əhmədov səhər saatlarında iş otağında gözlənilmədən vəfat edib.

Bahar RÜSTƏMLİ

AzNews.az