Məmmədyarovla Nalbandyanın görüşünün vaxtı və mövzusu məlum oldu

11 İyul 2017 13:22 (UTC+04:00)

AzNews.az “Trend”ə istinadən xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev məlumat verib.

O bildirib ki, görüş yerli vaxtla 19.00-da baş tutacaq.

Nazirliyin rəsmisinin sözlərinə görə, görüşdə danışıqlar prosesinin indiki vəziyyəti və danışıqların ciddi və nəticə yönümlü şəkildə aparılması əsas müzakirə mövzusu olacaq.

AzNews.az