Bakıda daha bir marşrut xətti dəyişdirildi

11 İyul 2017 15:04 (UTC+04:00)

AzNews.az “Trend”ə istinadən xəbər verir ki, iyulun 11-dən etibarən hərəkət sxemi müvəqqəti olaraq dəyişdirilib.

Səbəb Binəqədi-Novxanı avtomobil yolunda aparılan təmir-tikinti işləri ilə əlaqədar sözügedən yolun bir hissəsində avtonəqliyyat vasitələrinin hərəkətinin məhdudlaşdırılmasıdır.

Təmir işləri bitənədək 123 nömrəli marşrut xətti üzrə avtobuslar Masazır-Novxanı şosesindən keçməklə hərəkət edəcək.

AzNews.az