Lavrov və Nalbandyan Qarabağ nizamlanmasını müzakirə ediblər - Yenilənib

11 İyul 2017 17:25 (UTC+04:00)

AzNews.az “APA”ya istinadən xəbər verir ki, nazirlər ATƏT-ə üzv ölkələrin xarici işlər nazirlərinin qeyri-rəsmi toplantısı çərçivəsində bir araya gəliblər.

Sergey Lavrovla Edvard Nalbandyan beynəlxalq və regional problemlərə toxunublar, habelə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanma prosesini müzakirə ediblər.

Tərəflər Vyana və Sankt-Peterburqda əldə olunan razılaşmaların həyata keçirilməsinin vacibliyini vurğulayıblar.

AzNews.az

***

15:18

Rusiya və Ermənistan XİN rəhbərləri bu gün Avstriyanın Mauerbax şəhərində görüşüblər. Trend-in məlumatına görə, Sergey Lavrov və Edvard Nalbandyanın görüşü bağlı qapılar arxasında keçirilib.

AzNews.az “Trend”ə istinadən xəbər verir ki, bu gün Mauerbaxda ATƏT ölkələri XİN rəhbərlərinin qeyri-rəsmi görüşü keçirilir.

AzNews.az