Əbu Bəkr əl-Bağdadinin öldürülməsi iddiaları təsdiqini tapdı

11 İyul 2017 15:32 (UTC+04:00)

AzNews.az “APA”ya istinadən xəbər verir ki, İŞİD döyüşçüləri yaxın zamanlarda “yeni xəlifə”nin adını açıqlayacağını deyiblər.

Qeyd edək ki, bir müddət əvvəl İran mətbuatı əl-Bağdadinin ölüm faktını təsdiqləyən şəkillər yayıb. Ötən ayın ortalarında isə Rusiya Müdafiə Nazirliyi əl-Bağdadi və daha 300 döyüşçünün Suriyada aviazərbələr nəticəsində öldürüldüyünü iddia edib.

İyulun 2-də “Əs-Sumariya” telekanalı İraqın Naynava vilayət rəhbərliyinə istinadən bəyan edib ki, İŞİD döyüşçüləri qruplaşma liderinin öldürüldüyünü iddia edən imamı qətlə yetiriblər. Mosul yaxınlığındakı Tel-Əfər yaşayış məntəqəsində yerləşən döyüşçülər əl-Bağdadiyə yaxın olan imam Əbu-Katibi “qarışıqlıq salmaqda” ittiham ediblər.

AzNews.az