Nadir Qafarzadə oliqarxın evinə bir gün üçün 5000 dollar ödəyib – FOTOSESSİYA

13 Fevral 2013 15:00 (UTC+04:00)

Bu barədə AzNews.az-a müğənninin mətbuat katibi, Kazım Bağırov (106.3 FM radiosunun aparıcısı DJ Kazım) məlumat verib. O, bildirib ki, çəkilişin bir günü Moskvadakı oliqarxların birinin evində keçirilib və 1 günlük çəkiliş üçün 5000 dollar kirayə haqqı ödənilib.

"Ümumiyyətlə, klip çəkilişləri üçün 20000 dollar nəzərdə tutulsa da, sonradan cəlb olunan avadanlıq və başqa səbəblərdən məbləğ xeyli artıb. Burada Nadir Qafarzadə killer rolunda iştirak edir"- K.Bağırov deyib.

Mətbuat katibi Nadir Qafarzadənin fikirlərini də açıqlayıb. O, bildirib ki, müğənni yaradıcı məhsulu mini film adlandırıb.

"Mən indi bildim ki, əsl klip necə çəkilir. Mən bunu klip deyil, hətta mini film adlandırardım", - müğənni bu klipin böyük marağa səbəb olacağını söyləyib.


Fuad Mədətov
AzNews.az