Əməliyyatdan çıxan əməkdar artistə təcili qan lazımdır

11 İyul 2017 21:08 (UTC+04:00)

AzNews.az yenicag.az-a istinadən xəbər verir ki, aktyor səhhətinin yaxşı olduğunu, lakin qanazlığından əziyyət çəkdiyini deyib:

“5 gündür ki, palataya köçürülmüşəm. İndi yaxşıyam. Qanım az olduğu üçün ayağa duranda başım hərlənir. Qan vurulacaq”.

Cərrah Cəfər Nəsirli də saytımıza açıqlamasında aktyorun qanazlığından əziyyət çəkdiyini deyib: “Əslində, İlham Hüseynovun əməliyyatdan öncə də qanazlığı problemi olub. Onun qana ehtiyacı var. Səhhəti yaxşıdır, iki-üç günə evə buraxılacaq”.