Salyanda 7 kiloqramdan çox narkotik vasitə yandırılaraq məhv edildi

11 İyul 2017 21:18 (UTC+04:00)

AzNews.az Report-a istinadən xəbər verir ki, narkotik vasitələrin yandırılma prosesi hüquq-mühafizə orqanlarının, digər aidiyyati qurumların və KİV nümayəndələrinin iştirakı ilə həyata keçirilib. Bu ilin 6 ayında məhkəmənin qərarı ilə müsadirə olunmuş 6 kiloqrqam çətənə bitkisi, 15,524 qram tiryək, 946,86 qram qurudulmuş marixuana və 1 qrama yaxın sintetik tərkibli metadon Salyan Rayon Polis Şöbəsinin həyətindəki xüsusi ayrılmış ərazidə yandırılaraq məhv edilib.

Qeyd edək ki, yandırma üsulu ilə məhv edilən maddələr narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan və azadlıqdan məhrum edilən vətəndaşlardan müsadirə olunub.