“Toydan gəlib gördük ki, ev dağınıqdır” - Evə basqın edib qızılları oğurladılar (Video)

11 İyul 2017 21:31 (UTC+04:00)

AzNews.az ARB-yə istinadən xəbər verir ki, hadisə Ərkivan qəsəbəsində baş verib.

Naməlum şəxs və ya şəxslər axşam saatlarında Qəsəbə sakini Əliəşrəf Səfərova məxsus evə axşam saatlarında daxil olub. Ailə həmin zaman toy mərasimində olub. Ailənin evdə olmadığından istifadə edən şəxslər Oradan ümumi dəyəri 6000 manatdan artıq olan qızıl-zinət əşyaları və 850 manat dəyərində nağd pul oğurlanıb. Hələlik hadisəni törədən şəxs və ya şəxslərin kimliyi məlum deyil. Ev sahibləri toy mərasimindən qayıtdıqdan sonra hadisədən xəbərdar olublar.

Əliəşrəf Səfərov (zərərçəkən) : "Yuxarı çıxanda gördük ki, ev dağınıq vəziyyətdədir. "Atvyorka"yla plastik pəncərəni açaraq içəri daxil olublar. Pul və qızıllarımızı götürüb gediblər. Dəyəri hamısı birlikdə 7500 manatdan artıqdır".

Faktla bağlı araşdırma aparılır.