Haaqada azərbaycanlıların etiraz aksiyası keçirilib - Foto

12 İyul 2017 10:33 (UTC+04:00)

AzNews.az Diasporla İş üzrə Dövlət Komitəsinə istinadən xəbər verir ki, Ermənistanın Haaqa şəhərində yerləşən səfirliyi qarşısında keçirilən aksiyada diaspor təşkilatlarının nümayəndələri, Niderlandda yaşayan soydaşlarımız iştirak edib.

Etiraz aksiyasında “Sarkisyan uşaq qatilidir”, “Terrora, təcavüzə dur deyirik”, “Uşaq ölümlərinə son”, “Azərbaycan ərazilərini işğalçı ordu tərk etməlidir” kimi şüarlar səsləndirilib. Aksiya iştirakçıları dünya birliyini Ermənistanın işğalçılıq və soyqırımı siyasətinə, təcavüzkar ölkənin hərbçilərinin mülki şəxsləri atəşə tutması və dinc əhalinin həyatını itirməsi ilə nəticələnən təxribatlarına münasibət bildirməyə çağırıblar.

AzNews.az